“Ertuğrul”dan təəccübləndirən qərar

31 May 2020 17:18

"Diriliş Ertuğrul" serialı ilə böyük sevgi qazanan türkiyəli aktyor Engin Altan Düzyatanın pərəstişkarları aktyordan "Kuruluş Osman" serialında rol almasını istəyiblər.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktyorun isə ekran işində rol almaq istəmədiyi öyrənilib.

Engin Altan daha öncə canlandırdığı obrazın bənzərində rol alaraq təkrara yol vermək istəmədiyini açıqlayıb.

Qeyd edək ki, aktyor "Diriliş Ertuğrul" serialından sonra "Kurşun" serialında rol almışdı. Reytinq qurbanı olan ekran işi 6-cı bölümdə final etmişdi.

Milli.Az