“48 işçiyə maaş verirəm” - Roza

31 May 2020 15:17

38 rəsmi, 10 nəfər isə ştatda olmayan işçim var. Onların müdirləriyəm. İnsanlar işləyirlər və bunun qarşılığında maaş alırlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "X maqazin" proqramına açıqlamasında bildirib.

Sənətçi 48 işçiyə əməkhaqqı verdiyini bildirərək, bir neçə sahədə fəaliyyət göstərdiyini deyib: "Baxmayaraq ki, peşəm rejissorluqdur, incəsənətə ifaçı kimi gəlmişəm. Bir çox layihələrin rəhbəriyəm. Yəni biznes tərəfim var. Yazaram, prodüserəm. İki ildir ki, pedoqoji fəaliyyətimi davam etdirirəm, dərs deyirəm".

Milli.Az