Qusarda faciə: 1 uşaq öldü, 2-si yaralandı

31 May 2020 12:03

Qusar rayonunda faciə baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Cibir kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Valəddin Şeydayevə məxsus həyətin mişar daşı ilə hörülmüş hasarı və dəmir qapı uçub. Hadisə nəticəsində hasarın yanında olan 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev, 2014-cü il təvəllüdlü Gülay Şeydayeva hasarın və darvazanın altında qalıb.

A.Əlisultanov hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdiriliblər.

Milli.Az