Həbsdən yayınmaq üçün özünə od vurdu

1 İyun 2020 02:30

Türkiyənin Çankırı şəhərində 50 yaşlı kişi onu həbs etməyə gələn polislərin qarşısında özünü yandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Özcan K. adlı şəxs bu yolla həbsdən yayınmaq istəyib.

İnsident vaxtı onun yaxınları da hadisə yerində olub.

Benzini üstünə tökərək, özünü yandıran şəxsi Çankırı şəhər xəstəxanasına çatdırıblar.

Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Milli.Az