Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI

1 İyun 2020 23:30

Rusiyanın Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri koronavirus pandemiyasından sonra maaşlarında artım gözlənilən peşə sahiblərinin siyahısını tərtib ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə RT məlumat yayıb.

Mütəxəssislərin fikrincə, siyahıda adları qeyd olunan peşə sahibləri maaşlarının yüksəlməsinə ümid edə bilərlər:

Sosial media marketinqi (SMM) və PR (ictimaiyyətlə əlaqələr) üzrə mütəxəssislər;

Prodüserlər, menecment üzrə mütəxəssislər;

İT (informasiya texnologiyaları) mütəxəssisləri, internet-marketoloqlar;

Böhran əleyhinə idarəedicilər;
Maliyyə məsləhətçiləri;

Logistika menecerləri;

Vaxtın idarə edilməsi üzrə mütəxəssislər ("Time management");

Həkimlər, psixoloqlar və psixoterapevtlər;

Onlayn dərs deyən müəllimlər və tərbiyəçilər;

Virtual bələdçilər;

Kənd təsərrüfatı işçiləri, aqronomlar, baytarlar.

Milli.Az