Diri-diri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı

1 İyun 2020 06:30

Hindistanda diri-diri torpağa basdırılmış körpə möcüzə nəticəsində sağ qalıb.

Milli.Az xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında yerləşən kəndlərin birində yerli sakinlər torpağın altından ağlayan körpə səsi eşidiblər.

Ehtiyatla torpağı qazan sakinlər oradan əl və ayaqları hərəkət edən oğlan uşağı aşkar ediblər.

Körpə dərhal xəstəxanaya çatdırılıb.

Onu müayinə edən həkimlər bildirib ki, balacanın həyatına və sağlamlığına hər hansı təhlükə yoxdur.

Yerli sakinlərdən biri isə körpəni övladlığa götürmək məqsədi ilə aidiyyatı qurumlara müraciət edib. (ölkə.az)

Milli.Az