"Tottenham"in futbolçusu əməliyyat olundu

31 May 2020 16:16

"Tottenham"in futbolçusu Troy Perrott əməliyyat olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,qarın ağrıları olan 18 yaşlı futbolçu kor bağırsaq əməliyyatı keçirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçunun iyunun sonlarına qədər məşq edə bilməyəcəyi deyilir.

Milli.Az