Ermənistanda bir gündə 355 nəfər koronavirusa yoluxub

31 May 2020 13:40

Ermənistanda koronavirusa yoluxanların sayı 9 282 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 355 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, ötən gün 4 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 131 nəfər koronavirusdan ölüb, 5 765 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Milli.Az