Polis avtomobilini qəsdən etirazçıların üstünə sürdü - VİDEO

31 May 2020 10:38

ABŞ-da polis avtomobilini qəsdən etirazçıların üstünə sürüb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, hadisə Nyu-Yorkun Bruklin səmtində, Flatbush prospektində baş verib.

Etirazçıların polis avtomobilinin qarşısını kəsməsi ilə başlayan videoda digər polis avtomobilini etirazçıların üstünə sürüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da xaosun daha da güclənməsinə şərait yaradıb.

Qeyd edək ki, Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.

Emin
Milli.Az