İkimərtəbəli evdə yanğın olub

31 May 2020 11:23

Salyan rayonunun Arbatan kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 ədəd televizor və tavan 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az