"3D" Afaq Bəşirqızı və Elgiz Əkbərə söz atdı - VİDEO

31 May 2020 10:06

İctimai TV-də yayımlanan "3D" proqramında Elgiz Əkbər parodiya edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, verilişin sonuncu buraxılışında Əziz "Elgizlə izlə" verilişində Xalq artisti Afaq Bəşirqızı ilə yaşanan hadisəyə söz atıb.

Telefonu götürən Əziz A.Bəşirqızının ona zəng etdiyini deyərək, ingilis dilində danışmağa başlayıb. O, daha sonra "ARB-də dediklərinizi tərcümə etməyəcəm" sözlərini söyləyib.

Qeyd edək ki, A.Bəzirqızı "Elgizlə izlə" proqramı yayımlanan zaman Elgizə zəng etmiş və qeyri-etik ifadə işlətmişdi. Həmin sözlər mikrofon bağlanmadığı üçün efirdə yayımlanmışdı.

Milli.Az