Rusiyadan ABŞ-a reaksiya: "Beynәlxalq hüquq normalarına zәrbә vurur"

30 May 2020 20:14

Rusiya Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova Amerika Birlәşmiş Ştatlarının Ümumdünya Sәhiyyә Tәşkilatı ilә әlaqәlәrini dayandırmasına reaksiya verib

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Ümumdünya Sәhiyyә Tәşkilatı ilә bağlı açıqlamasını qiymәtlәndirib.

Mariya Zaxarova bildirib ki, ABŞ-ın bu addımı beynәlxalq hüquq normalarına zәrbә vurur.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp ölkәsinin Ümumdünya Sәhiyyә Tәşkilatı ilә әlaqәlәri dayandırdığını açıqlamışdı.

Milli.Az