Avstriya hökuməti "Formula-1"in mövsüm açılışına ev sahibliyini təsdiqləyib

30 May 2020 19:46

Avstriya hökuməti iyul ayında "Formula 1"-in mövsüm açılış yarışlarına ev sahibliyini təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yarışlar 5-12 iyul tarixində Spielberqdəki "Red Bull" halqasında bağlı qapılar arxasında tamaşaçısız keçiriləcək.

Qeyd edək ki, 2020-ci il "Formula1" mövsümü mart ayında Avstraliyada başlamalı idi, ancaq koronavirus pandemiyası bu yarışın təxirə salınmasına səbəb olub.

Avstriya yarışları uğurla keçərsə, F1 mövsümü 19 iyulda Macarıstanın Budapeşt şəhərində davam edə bilər.

Milli.Az