Bakıda koronavirusa yoluxmanın yüksək olduğu həftədə "Tarqovı"da şənlik... - VİDEO

30 May 2020 14:09

Koronavirus pandemiyası ilə əlaqədar insanlar sosial məsafəni qorumalı olsalar da, əksəriyyət buna əməl etmir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təsdiq edən görüntülərdən biri "Tarqovı"da lentə alınıb.

Paytaxtın mərkəzi küçəsində insanların kütləvi şəkildə bir yerə yığılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Bundan başqa, insanlar arasında sosial məsafəyə nəzarət etməli olan polis əməkdaşlarının da gözə dəyməməsi birmənalı qarşılanmayıb.

Qeyd edək ki, dünən Azərbaycanda 230 nəfər koronavirusa yoluxub.

Milli.Az