Ömür sərmayəsi üçün ən üstün tətbiq

2 İyun 2020 23:40

Ticarətin ən mühüm, ən mənalı növlərindən biri də axirət ticarətidir. Bəzən belə bir tacir dünyasını axirətinə satar. Bəzən də əksinə olar.

İmam Əli (ə) buyurur: "Ən faydalı insanlar o kəslərdir ki, dünyalarını satar və əvəzində axirətlərini satın alarlar".

Əlbəttə, burada söhbət ömür sərmayəsindən gedir. Hər kim ömür sərmayəsini axirəti üçün xərcləyər - ən faydalı insanlardan hesab olunar və nicat tapar. Ancaq əksinə, hər kim ömür sərmayəsini ancaq dünyası və dünya rifahı üçün xərcləyər, axirətini unudar - o, ən çox ziyan edənlərdən olar.

İmam Əli (ə) başqa yerdə buyurur: "Hər kim özünü behiştdən qeyrisinə satar - özünə zülm etmiş olar".

Bu ticarətdəki satılan mal - özündən keçmək və nəfsinin hakimi olmaq, dünya ləzzətlərini tərk etmək, saleh əməllərlə məşğul olmaqdır. Çünki bu bazarda ancaq belə malların alıcısı vardır. (Həvzəh)

İmam Əli (ə) buyurur: "Saleh əməl kimi ticarət və savab kimi faydadan qeyrisi mövcud deyildir"

Milli.Az