Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır

30 May 2020 14:00

Aparılan təmir işləri ilə əlaqədar İstiqlaliyyət küçəsi ilə BMT-nin 50 illiyi küçəsinin kəsişməsində bu gün avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a bildirilib ki, buna görə də, sürücülərdən alternativ olaraq Lermontov və Bünyad Sərdarov küçələrindən istifadə etmələri xahiş olunur.

Milli.Az