PlayStation 5-in bütün detalları nə zaman açıqlanacaq?

2 İyun 2020 22:15

Çox maraqla gözlənilən oyun konsolu PlayStation 5-in bütün detallarının nə zaman təqdim ediləcəyi məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, daha əvvəl iyunun 3-də təqdim ediləcəyi deyilən detallar bir gün sonra, iyunun 4-də açıqlanacaq.

Tədbirdə konsolun dizaynının da nümayiş etdiriləcəyi, oyunlar haqqında məlumat veriləcəyi deyilir

Qeyd edək ki, istehsalçı Sony şirkəti iyulun 13-dən sonra PS4 üçün sertifikatı alınacaq hər oyunun PS5-də oynanılmasını əsas şərt kimi qoyub.

Detallar arasında oyun konsolunun qiymətinin də yer alacağı gözlənilmir. Ancaq yenə də sürprizə hazır olmaq lazımdır.

Milli.Az