Trump-ın təhdidinə Feysbuk münasibətsiz qala bilmədi

2 İyun 2020 08:46

ABŞ prezidentinin Tvitter də daxil olmaqla bəzi sosial şəbəkələri qapatma təhdidindən sonra Feysbukun rəhbəri Mark Zukerberq münasibətsiz qala bilməyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, M.Zukerberq 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın Feysbuk üzərindən seçkilərə müdaxiləsini fevralda başa düşdüyünü etiraf edib.

O, Tvitterdən fərqli siyasətlərinin olduğunu bildirib. Qeyd edib ki, Feysbuk insanların internetdə söylədiklərinin hamısını müəyyən edən bir amil olmamalıdır.

Xatırladaq ki, Tvitter son günlər dezinformasiyaların qarşısını almaq üçün paylaşımların altına "məlumatı doğrula" etiketini əlavə edib. Trump-ın Kaliforniya əyalətində "uzaqdan səs ver" mövzusunda paylaşımlarına da bu etiket əlavə edilib. Bundan əsəbiləşən Trump açıqlamasında göstərilən xəbərdarlığın ifadə azadlığını məhdudlaşdırdığını və 3 noyabr seçkilərinə müdaxilə etdiyini bildirərək onları günahlandırıb.

Milli.Az