Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

2 İyun 2020 08:41

Sosial media nəhənglərindən olan Facebook yeniliklər gətirməyə davam edir. Lakin bəhs edəcəyimiz bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil. Hindistanda qadınlara Facebook üzərindən göstərilən tacizlərin ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirdi. Beləki artıq Facebook profilini kilidiləmək mümkün olacaq.

Yeni funksiyaya əsasən istifadəçilər öz Facebook hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.

Profili kilidləyən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər cover şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Facebook rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birliktə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur. Qeyd edək ki, yeni funksiya indilik sadəcə Hindistanda istifadə verildi. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir.

Milli.Az