Kripto-kalkulyator nədir?

2 İyun 2020 07:01

Treyderlər və bir çox investorlar alqı-satqı əməliyyatlarını etməzdən əvvəl öz investisiyalarının potensial rentabelliyini qiymətləndirirlər. Kripto-kalkulyatorlar rəqəmsal aktivlərə edilən investisiyanın maliyyə nəticəsini tez bir zamanda təxmin etməyə kömək edir. Kalkulyator müəyyən bir qiymət aralığında hər hansı bir kriptovalyutanın alınması və satılması xərcini təyin etmək üçün istifadə olunan bir vasitədir.

Milli.Az kriptoinvest.az-a istinadən bildirir ki, bu zaman alınacaq kriptovalyutanın adını, miqdarını və alış qiymətini daxil etmək kifayətdir ki, proqramın özü rəqəmsal aktivin təxmin edilən qiymətini nəzərə alaraq mümkün qazancı və ya zərəri hesablasın. Hazırda kripto investisiyaların mənfəətliliyini hesablamağı asanlaşdıran müxtəlif kalkulyatorlar mövcuddur:

Bitcoin Trading Calculator - əməliyyatın gəlirliliyini hesablayarkən treyderin komissiyasını və strategiyasını nəzərə alan bitcoin kalkulyator.

Sabe Calculator - Tether (USDT), Ripple (XRP), Litecoin (LTC) əməliyyatlarının gəlirliliyini hesablamağa imkan verən kalkulyator.

Bəzi kalkulyatorlarda var ki, rəqəmsal aktivlərin dəyərini cari məzənnə üzrə fiat (kağız) valyutalara çevirmək üçün nəzərdə tutulub. Misal üçün, CoinMarketCap Calculator - bu kalkulyatorla siz rəqəqmsal aktivinizin dollar və ya manat ekvivalentində dəyərini müəyyən edə bilərsiz. Currexy - BTC-nin dəyərini fiat valyutada və ya digər kriptovalyutalarda müyyən etməyə imkan verir.

Kriptovalyuta mayninqinin gəlirliyini hesablayan kalkulyatorlar.

Bu tip kalkulyatorlar mayninq üzrə gəliri hesablamaq üçün elektrik enerjisi xərclərini və blok üzrə mükafat kimi amilləri nəzərə alır. Mayninqin illik, aylıq, həftəlik və gündəlik rentabelliyini təyin etmək mümkündür. Belə kalkulyatorlara misal olaraq CryptoCompare Calculator və BTC.com Mining Calculator göstərmək olar.

Milli.Az