Bərdədə polis bıçaqlandı - FOTO

30 May 2020 12:39

Bərdə rayonunda polis əməkdaşı və bir qadın bıçaqlanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bu gün rayonun Qaradəmirçi kəndində baş verib.

Bərdə Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, 1985-ci il təvəllüdlü Məmmədov Eşqin Rəhbər oğlu bıçaqlanıb. Onunla birgə bir qadın da bıçaq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az