Xalq artisti KORONAVİRUSA GÖRƏ toyu təxirə salınan qızı ilə EFİRƏ GƏLDİ - FOTO

30 May 2020 11:10

Xalq artisti Mələkxanım Əyyubova koronavirus pandemiyası ilə bağlı çəkilişi dayandırıldıqdan sonra ilk efiri olan "Zaurla Günaydın" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, Xalq artisti efirə modelyer-dizayner qızı Nəzrin Əyyubovanı da gətirib.

Qeyd edək ki, Nəzrin Əyyubova nişanlıdır, nişanlısı dizaynerdir. Onların toy mərasimi COVİD-19-a görə təxirə salınıb. Toyun karantin rejimindən sonra baş tutacağı gözlənilir.

Məhəmməd Vaqif
Milli.Az