Rotterdamda ilk dəfə gəmiyə dronla yükdaşıma əməliyyatı keçirilib

31 May 2020 23:05

Hollandiyada ilk dəfə olaraq pilotsuz uçuş aparatı gəmiyə yük çatdırıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, pilotsuz təyyarə hazırda "Aleksiyahafen" limanında olan "Allseas" gəmi şirkətinə məxsus "Pioneering Spirit" gəmisinə ehtiyat hissələri çatdırıb.

Layihə "Dutch Drone Delta", "Allseas" şirkətləri və Rotterdam Liman Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilir.

Milli.Az