Quru yük gəmisi körpüyə çırpılıb

31 May 2020 21:35

"Jonas Oldendorff" quru yük gəmisi Cənubi Avstraliyanın Linkoln limanında qəzaya uğrayıb.

Milli.Az seanews.az-a istinadən bildirir ki, Qətərdən gələn gəmi sahilə yan alan zaman körpüyə çırpılıb. Hadisə yerinə köməyə iki ədəd yedək gəmisi gəlib.

Məlumata görə, gəmi və körpü yüngül  zədələniblər.

Milli.Az