Paytaxtda mağazaya "silahlı" basqın oldu

20 Aprel 2010 19:08
Sabunçu rayon Polis idarəsinin 13-cü polis bölməsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə gecə saatlarında Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində baş verib.

Oyuncaq silahla "silahlanmış" naməlum şəxslər  mağazaya daxil olaraq orada satıcısı Amil Atabalayevə hədə-qorxu ilə pul tələb ediblər. Satıcının səs-küy saldığını görən şəxslər naməlum şəxslər hadisə yerindən qaçıblar.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirir.

Milli.Az