Ölkə daxilində uçuşlar bərpa edilərsə, bu prosesə xüsusi nəzarət olunacaq

29 May 2020 18:38

Ölkə daxilində uçuşlar bərpa edilərsə, bu prosesə xüsusi nəzarət olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hələlik dövlət sərhədindən giriş-çıxış iyunun 15-dək qadağandır: "Əgər beynəlxalq uçuşlar bərpa olunarsa, bu məsələyə nəzarət ediləcək: "Bununla yanaşı, xarici ölkələrdə aparılan koronavirus testlərin nəticələri başqa ölkədə tanınacaq. Yəni, əgər Azərbaycanda hansısa şəxs test edilibsə və onda koronavirus aşkarlanıbsa, həmin testin nəticələri başqa ölkələrdə də tanınacaq. O cümlədən, başqa ölkələrdə edilən testin nəticələri də Azərbaycanda qəbul ediləcək".

Milli.Az