İbrahim Məmmədov: Yoluxmanın artdığı bölgə qapadıla bilər

29 May 2020 18:23

Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq sayılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb: "Qaydalara əməl etməyənlər cərimələnəcək. Sərbəstlik artdıqca məsuliyyət artacaq. Cəzalar da sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".

O qeyd edib ki, hansı rayonda yoluxma artsa, həmin bölgə qapadıla bilər və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür.

Milli.Az