"Təkcə Silvesterin bağında deyil, Madonnanın da bağında olmuşam" - Xalq artisti qalmaqala son qoydu

29 May 2020 17:46

"Hər şeydən öncə qeyd edim ki, mən bir sənətkaram. Bütün dünyanı gəzmişəm, qastrol səfərlərində olmuşam. Burada şişirdiləsi nə var ki, saytlar yayımlayıb?"

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva Big.az-a açıqlamasında deyib:

"20-30 ildir ki, ölkələri gəzirəm. Burada təəccüblənəsi nə var axı? Bilirsiniz kim təəccüblənir? O ki, ölkələri gəzə bilməyənlər. Amerikada, Yaponiyada və digər ölkələrdə olmuşam. Burada böyüdüləsi heç bir şey yoxdur. Gəlin, məsələni sizə izah edim, necə olub?! Nyu-Yorka konsert üçün getmişdim, ondan sonra Los-Ancelesə baş çəkəsi oldum. Hollivudda sənət adamlarının bağı var. İcazə alıb o bağları gəzdik. Təkcə Silvesterin bağında deyil, Madonna və digər sənətçilərin də bağında olmuşam. Orada olanda Silvester bağından maşın ilə çıxırdı, üz-üzə gəldik, yanımda olan tərcüməçi bizi bir-birimizlə tanış etdi. Bu qədər oldu tanışlığımız. Onu da qeyd edim ki, həmin bağları kənardan gəzib görmüşəm".

Milli.Az