Koronavirus metroda belə yayılır - Bir nəfər vaqonun yarısını yoluxdurur - VİDEO

1 İyun 2020 23:25

Böyük Britaniyada metroda koronavirusun necə ötürüldüyünə dair yeni simulyasiya videosu yayılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, video "Oregon" Universitetinin elmi əməkdaşları və proqramçıları tərəfindən hazırlanıb.

Metroda koronavirusa yoluxan şəxsin ətrafındakıların hamısını virusla əhatələdiyi görünür.

Həmin şəxs ətrafındakı 7 metrlik ərazidə kiçik bir öskürək və ya asqırma ilə hər kəsi virusa yoluxdura bilir.

Virusun uzun müddət koronaviruslu insanın oturduğu və toxunduğu səthlərdə təsirli olduğu bildirilir.

Milli.Az