İstanbulda fabrikdə partlayış olub: Ölən var

29 May 2020 13:50

İstanbulun Başakşehir rayonunda yerləşən fabriklərin birində partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış fabrikin qazanxana bölümündə olub.

İlkin məlumata əsasən, bir nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.

Milli.Az