İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ: Sənəd qəbulu bu tarixdən başlanır

29 May 2020 13:56

Təhsil Nazirliyi ölkə üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulunu iyunun 1-dən 5-dək olan müddətdə aparacaq.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, yerdəyişmə müsabiqəsində iştirak üçün dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında işləyən müəllimlər müraciət edə bilər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak edən namizədin seçdiyi imtahan nəticəsi bəzi hallarda artım əmsalı ilə hesablanacaq. Müraciət edənin əri və ya arvadı hərbçi yaxud da özü şəhid ailəsi üzvü olduqda DQ/MİQ balı x 1.1 artım əmsalı ilə hesablanacaq. İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə DQ/MİQ balı x 1,05 artım əmsalı tətbiq ediləcək. İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə isə DQ/MİQ balı x 1,1 artım əmsalı ilə hesablanacaq.

Milli.Az