Nəyə görə koronavirusa gec və ən sonda yoluxmaq yaxşıdır? - Həkim səbəbi açıqladı

29 May 2020 23:05

Nəyə görə yeni növ koronavirusa nə qədər mümkündürsə gec və sona yaxın yoluxmaq, xəstələnmək daha yaxşıdır?

Bu barədə alimlər, həkimlər maraqlı açıqlama verib və koronavirusa tutulmağın belə demək mümkünsə, ideal vaxtını və bu üstünlüyün insan üçün səbəblərini izah edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, insan nə qədər pandemiyanın sonuna yaxın gec xəstələnsə bir o qədər xəstəliyin yüngül formasına tutulacaq. Çünki virusun aqressivliyi kollektiv yoluxmadan sonra azalır.

Corc Meyson Universitetinin professoru Ança Baranova bildirib ki, koronavirusa görə yanaracaq immunitetin ardıyca düşmək və bunu gözləmək mənasızdır.

Çünki gec yoluxanlar və yüngül keçirənlərdə ümumiyyətlə immunitet yaranmaya bilər və ya zəif olar.

Sadəcə gec yoluxanların daha effektiv tibbi müalicə almaq şansı var. Çünki ilk başda virus yad idi, yeni öyrənilirdi, həkimlər nə edəcəklərini bilmirdilər. İndi xəstəliyin gedişi aydındır, öyrənilib. effektiv dərmanların hansı olduğu məlumdur. Əvvəldə həkimlər virusun tromv yaratmasını bilmirdilər, indi isə antirtromb müalicəyə dərhal başlanılır.

Əgər virusa nə vaxt yoluxsam yaxşıdır sualını verirsizsə, cavab yarım il sonradır. Heç olmasa 4-6 ay özünüzü yubadın.

Virus getdikcə dağınıq olur, zəifləyir, o insanla problemsiz yaşamağa alışır. Getdikcə xəstəliyi simptomsuz keçirənlərin sayı artır.

Hazırda dünyada koronavirusun ən kəskin və yoluxucu ştammı yayılır. Amma bir tərəfdən də indi koronavirus simptomsuz gedişata keçir.

Ağır xəstələr yenə olacaq, amma biz daha çox yüngül formalı xəstələr əldə edirik, bu isə kollektiv immunitetin sürətlə formalaşması deməkdir.

Qeyd edək ki. alimlər koronavirusa qarşı virus yayılmazdan öncə immuniteti olan insanlar tapıblar. Onlara paxıllıq etmək olar, həm də olmaz. Çünki onlar heç kim bu virusu bilməyəndə, müalicə zamanı əziyyətlər çəkərək, çarəsiz vəziyyətdə qalıblar.

Milli.Az