Bu həkim dünyanı gəzir və... - FOTO

29 May 2020 22:25

Bu dünya mərhəmətli insanların çiynində fırlanır. Nə yaxşı ki, Tanrının da unutduqlarına onlar yeni can verir. Braziliyalı həkim Felipe Rossi kimi...

Milli.Az xəbər verir ki, bu səyyah həkim dünyanı gəzir və müalicəyə imkanı olmayanlara tamamilə pulsuz ideal gülüş bəxş edir.

‌Rossi öz xeyriyyə şirkətini 4 il əvvəl qurub. Öncə Braziliyanın kasıb məhlələrini gəzib, pulsuz xidmət göstərsə də, bir müddət sonra Afrika və digər qitələrə yollanıb. Pasientlərinin əvvəl-sonra xarakterli fotolarını instaqram hesabında paylaşan həkim qeyd edir ki, gülmək, xüsusən də qüsursuz gülüş hər kəsə yaraşır.

Bununla yanaşı tövsiyə edir ki, həkimə mütəmadi getmək imkanınız olmasa belə, hər gün dişlərinizi fırçalamağı unutmayın. (publika.az)

Milli.Az