"Azərbaycan dili" fənni üzrə imtahanda iştirak üçün qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb

29 May 2020 13:14

Bu il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etmək məqsədilə indiyədək qeydiyyatdan keçən abituriyentlərinin sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd qəbulu başlayandan indiyədək "Azərbaycan dili" fənni üzrə test imtahanda iştirak etmək üçün 344 abituriyent qeydiyyatdan keçib.

2019-cu ildə keçirilmiş "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" qiymət alıb, həmçinin cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılan 240 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq ki, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tədrisi digər dillərdə aparılan bölmələrin məzunları "Azərbaycan dili" fənni üzrə imtahan verməlidirlər.

Ötən il "Azərbaycan dili" fənni üzrə imtahandan "məqbul" qiymət alan abituriyentlər bu il həmin imtahanı vermədən müsabiqəyə qatıla bilərlər.

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 5-dək internet vasitəsilə aparılır.

Milli.Az