Çində qədim tapıntı - İçində nə olduğu bilinmir

30 May 2020 15:42

Çində içində naməlum maye olan qədim bürünc kuzə tapılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Henan əyalətindəki Sanmenxia şəhərinin yenidən qurulması zamanı bir qab, digər əşyalar və nefrit qılıncları olan bir məzar tapılıb.

Arexeoloqların sözlərinə görə, məzarın Tsin sülaləsi dövründə (221-207 bizim eradan əvvəl) tikilmə ehtimalı var. O yerli məmurlardan birinə aid ola bilər.

Alimlərin dəyərləndirməsinə görə, kuzənin 2 minə yaxın yaşı var. Kuzə qaz başları bəzədilib, içində isə naməlum sarı-qəhvəyi maye olub. Hazırda kimyaçılar onun tərkibini öyrənir.

Milli.Az