Geyimdə kobud səhv sayılan və sosial şəbəkələrdə haqqında yüzlərlə mem paylaşılan corabla səndəl geyinmək bu yayın trendinə çevrilə bilər. Məşhurlar artıq bu "cütlüyü" gündəlik obrazlarına daxil ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tendensiya tanınmış dizaynerlərin yaz-yay kolleksiyalarına görə məşhur olub.
Belə ki, Salvatore Ferragamo moda nümayişində modellər donda, dəri səndəllərdə və ağ corablarda olublar.
A.P.C. modelləri isə səndəlləri rəngli corablarla nümayiş etdiriblər.
Şou-biznesin ulduzları da bu detalı öz xarici görünüşlərinə əlavə etmək qərarına gəliblər. Məşhur aktrisa Keti Holms və kanadalı müğənni Castin Biber yeni trenddən istifadə edənlərin ilklərindən olublar.
Milli.Az