Pandemiya ilə bağlı ən faciəvi görüntü: Uşaq ölən anasını oyatmağa çalışır

29 May 2020 20:55

Sosial şəbəkələrdə uşağın ölmüş anasını oyatmaq istədiyi barədə faciəvi görüntülər yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlar Hindistanın Bihar əyalətində dəmir yolu stansiyasında çəkilib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Hindistan özünün ən çətin dövrlərindən birini yaşayır. İnsanlar ailələrini dolandırmaq üçün öz ev-eşiklərini tərk edib, böyük şəhərlərə köçürlər.

Dəmir yolu stansiyasında vəfat edən qadının da bu məqsədlə evini tərk etdiyi bildirilir. 23 yaşlı ananın acından öldüyü vurğulanıb. 

Milli.Az