İranda atışma: ölənlər var

29 May 2020 11:33

İranın Kürdüstan əyalətinin Sərdəşt sərhəd bölgəsində silahlı qruplaşma üzvləri ilə  sərhədçilər arasında atışma qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident sərhədçilərin patrul xidməti yerinə yetirərkən sərhədi keçməyə cəhd edən silahlı dəstə arasında baş tutub. 

Atışma nəticəsində silahlı şəxslərdən bir neçə nəfər öldürülüb.

Həmçinin İran sərhədçilərindən 3 nəfər həyatını itirib.

Milli.Az