Koronavirusa yoluxan Əməkdar artist insanlara səsləndi: Dırnaqarası baxmayın...

29 May 2020 09:59

Əməkdar artist Şəfəq Əliyevanın ardından bu dəfə digər bir əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyevin də koronavirusa yoluxması xəbərini vermişdik. Sərvər Əliyev xəstəxanaya yerləşdirilib.

Milli.Az xəzərxəbər-ə istinadla xəbər verir ki, Əməkdar artistin insanlara maraqlı məsləhəti də olub. 

Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə, xəstəliyin ilkin əlamətlərini hiss etsə də, amma ilk başda həkimə müarciət etməyib. Lakin daha sonra vəziyyətin gərginləşdiyini görüb, həkim çağırıb.

Rejisorun sözlərinə görə, ailə üzvlərindən narahat olsa da, onlardan alınan testin cavabı neqativ çıxıb.

Sərvər Əliyev koronavirusa dırnaqarası baxanlara da səslənib, onların özlərini qorumasını tövsiyə edib. 

Qeyd edək ki, bundan əvvəl Əməkdar artist Şəfəq Əliyevanın koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.

Milli.Az