Gəncədə xidməti otağı yanıb

29 May 2020 08:37

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan xidməti otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az