Salome Zurabişvili Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

28 May 2020 19:34

Gürcüstan Prezidenti Salome Zurabişvili 28 may - Respublika Günü münasibətilə rəsmi "Twitter" hesabında paylaşım edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlıq mövcuddur. Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də pandemiyanın çətin dövründə sağlamlıq arzulayıram".

Milli.Az