İngiltərə klubunun iki futbolçusu koronavirusa yoluxdu

28 May 2020 19:29

İngiltərənin "Fulhem" klubunun iki futbolçusu koronavirusa yoluxub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçular və işçilər arasında aparılan testlərdən sonra iki futbolçunun koronavirusa yoluxduğu məlum olub.

Futbolçuların adları açıqlanmır. Artıq hər iki futbolçunun karantinə alındığı bildirilib.

Milli.Az