İstixanada narkotik yetişdirən Maştağa sakini saxlanılıb

28 May 2020 18:58

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.

Milli.Az