Türkiyəli nazir Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO

28 May 2020 12:41

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz 28 May - Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz "Twitter" hesabında paylaşdığı təbrikdə deyib.

"Qardaşımız, dostumuz, bir çox sahələrdə əməkdaşlıq etdiyimiz Azərbaycanı 28 May - Respublika Günü münasibətilə təbrik edirəm. Türkiyə və Azərbaycan qardaşlıq hissi ilə birgə uğurlara imza atmaqda davam edəcək".

Milli.Az