Əfsanəvi boksçu rinqə qayıdacağını elan etdikdən sonra rəqibləri artdı

29 May 2020 07:44

Rinqə qayıdacağı gözlənilən peşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson hər gün yeni rəqib tapır.

Milli.Az xəbər verir ki, 23 ildən sonra 57 yaşında rinqə qayıdan Evender Holifild ilə yenidən döyüşmək üçün gün sayan Mayk Taysonun yeni rəqibləri üzə çıxıb.

Mayk Taysonla telefonda döyüşmək təklif olunduğunu elan edən Tito Ortizdən sonra bu dəfə Tayson Firi ona oxşar təklifin edildiyini deyib. "BT Sport"a açıqlama verən 31 yaşlı WBC üzrə ağır boks çempionu düşünmədən ona edilən təklifi qəbul etdiyini söyləyib.

Qeyd edək ki, Mayk Tayson peşəkar boksdan 2005-ci ildə gedib. O, karyerası ərzində 50 qələbə qazanıb. (publika.az)

Milli.Az