Beyl "Real"da qala bilər

28 May 2020 12:15

"Real"ın futbolçusu Qaret Beyl  Madrid klubunda qala bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "kral klubu" uelsli oyunçu üçün heç bir klubdan təklif almayıb. Buna görə onun hazırkı klubunda qala biləcəyi vurğulanıb.

"Nyukasl"ın Beyli transfer etmək istədiyi bildirilib. Ancaq oyunçu üçün İngiltərə klubundan  təklif göndərilmədiyi vurğulanıb.

"Real"ın Beylin tezliklə oyununda irəliləyiş edəcəyini gözlədiyi yazılıb.

Milli.Az