"Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 74 nəfər yoluxub".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 594 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən sutka ərzində koronavirusdan 23 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 1 066 nəfər koronavirusdan sağalıb.
Milli.Az