Sabirabadda birmərtəbəli ev yanıb

28 May 2020 09:04

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki əşyalar qismən yanıb.

Fövqəladə Halalr Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az