Ağstafda baş verən qəzada 3 nəfər xəsarət alıb

28 May 2020 08:12

Ağstafda yol-nəqliyyat hadisəi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəm kəndində qeydə alınıb.

Belə ki, hərəkətə olan "VAZ 2107" markalı avtomobil idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2000-ci il təvəllüdlü Baxışov Zaur, 1988-ci il təvəllüdlü Fərəcov Əli və 1991-ci il təvəllüdlü İsmayılov Elşən xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az