Milli komandamızın oyunlarının vaxtı açıqlanıb

28 May 2020 08:48

Futbol üzrə qadınlardan ibarət A milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində aprelin 9-da keçirilməli olan Polşa-Azərbaycan oyunu koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, həmin qarşılaşmanın oktyabrın 23-də, həmçinin iyunun 5-də keçirilməli olan Çexiya-Azərbaycan görüşünün oktyabrın 27-də təşkil olunmasına qərar verilib.

Oyunların keçiriləcəyi stadionlar və başlanma saatı hələ müəyyənləşməyib.

Milli.Az